Bu ilin yanvar ayında dizaynerin Milan kişi moda həftəsində təqdim etdiyi payız-qış 2016-2017 kolleksiyası onun Zegna moda evində son işidir. "Mən Stefanoya onun Ermenegildo Zegna ilə əməkdaşlığa görə təşəkkür etmək istəyirəm. Biz öz moda və stil baxışlarımızı elə həyata keçirmək istəyirdik ki, Zegna nümayişlərini Milan moda həftəsində qaçırmaq mümkün olmasın. Biz bu hədəfə gözlədiyimizdən daha tez nail olduq. İndi biz şirkətin inkişafında yeni səhifə başlamaq istəyirik", - deyə Zegna Group-un icraçı direktoru Cildo Zenya bildirib.

Pilati istefasını belə izah edib: "Mən uzun müddət düşündükdən sonra getmək barədə qərar verib və Cildo Zenya ilə söhbətdə biz onun mənə etibar etdiyi bütün hədəflərə çatdığımız düşüncəsinə gəldik. İndi mən Zegna Couture-la ümumi hədəflərimizin müəyyən edilməsindən öncəki layihələrlə məşğul olmağa hazırlaşıram"