Ştutqartdan olan avtoistehsalçı üçün 718 rəqəmi 1957-ci ildə çıxan inqilabi model barədə xatırlatmadır. 718 Boxster və 718 Boxster S yeni nəsil sportkarları 2,0 və 2,5 litrlik həcmi olan dörd silindrli turbo mühərriklər əldə ediblər. Aşağı versiyanın aqreqatı 300 at gücüdür. Daha güclü versiyada isə bu göstərici 350 at gücüdür.

Modellər müvafiq olaraq 100 km/saat sürəti 4,7 və 4,2 saniyəyə yığır. Maksimal sürət isə müvafiq olaraq 275 və 285 km/saatdır. Avtomobillər yeni dizayn, 19-20 düymlük təkər diskləri əldə ediblər. Qiymətlər 718 Boxster üçün 53646 və 718 Boxster S üçün 66141 avrodur.