Oturaq həyatın qorxuducu zərərləri

Gün boyu oturmaq, bir çox narahatçılığa səbəb olur.

İnsanların oturaq həyat keçirtməsi, insan sağlamlığına nə cür zərərli olduğunu hamımız bilirik. Bu səfər kreslodan qalxıb hərəkətə keçmək üçün çox əhəmiyyətli bir səbəb daha var:

Müasir həyat, bizləri davamlı olaraq oturmağa məcbur edir. Avtomobil istifadə edərkən, ofisdə çalışarkən, kitab oxuyarkən ya da televiziya izlərkən davamlı olaraq oturmaq məcburiyyətində qalırıq.

Ötən il, mövzu üzərinə edilmiş 47 araşdırmaya görə məşq edilsə belə insanların ölümünə səbəb ola biləcək vəziyyət və xəstəlikləri tətiklədiyi ifadə edilirdi. Hollandiyada həyata keçirilən və Diabetologiyada yayımlanan yeni bir işdə isə, kresloda 40 dəqiqə oturma, diabet xəstəliyinə tutulma riskini diqqətə çarpan bir şəkildə artırdığı ifadə edilir.

Araşdırmanın yazıçıları, bu nəticəyə 8 gün ərzində insanların omba hərəkətlərini araşdırandan sonra qanlarındakı qlükoza səviyyələrini ölçərək qərara gəldilər. 2497 iştirakçı arasından, böyük əksəriyyəti gün içərisində ən az 9 saat oturduqları təyin olundu.

Əgər ofisdə gün boyu kompüter qarşısında çalışırsınızsa, sonra evə avtomobil ilə dönürsünüzsə və televiziya izləməyə başlayırsınızsa, diyabet riski altında oltuğunu bilməlisən. Araşdırmada iştirak edən diyabet xəstələrinin isə digərlərinə nisbətlə daha çox siqaret çəkdikləri və bədən kütlə indekslərinin daha yüksək olduğu təsbit edilib.

Mövzu üzərinə daha əvvəl edilən araşdırmalara görə isə, oturma hərəkətinin diyabet xaricində ürək-damar problemlərinə, xərçəngə və başqa xroniki narahatlıqlara yol açdığı sübut edilmişdi. Fiziki baxımdan aktiv olmamaq isə, Dünya Sağlamlıq Təşkilatına görə ölüm riski faktorları arasında 4-cü sırada dayanır.

Yaxşı oturma müddətini qısaltmaq üçün nə edilə bilər?

Olduqca sadə üsullar var. Mütəxəssislər, əvvəlcə nə qədər müddəti oturaraq keçirdiyinin fərqinə varmanın işə yarayacağını söyləyirlər. Özünüzə saat başı bir neçə dəqiqəliyinə ayağa qalxmaq kimi bir hədəf təyin edə bilərsiz, hətta bu mövzuda texnologiyanın imkanlarından da faydalana bilərsiniz. Ofisdə isə ayaqda da işləyən şəkildə bir az vaxt keçirin. Evə gəldiyinizdə televiziyanın qarşısına keçirsinizsə, ən azından reklam aralarında gəzməyi seçə bilərsiniz. Nə etsəniz edin, amma əsla hərəkətsiz bir şəkildə davamlı olaraq oturmağı seçməyin. Hərəkət etdikcə bədəniniz sizə çox təşəkkür edəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.