ABŞ Rio-de-Janeyro olimpiadasından imtina edə bilər

ABŞ idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər.

ABŞ Milli Olimpiya Komitəsinə istinadən verilən məlumata görə, səbəb Braziliyadakı Zika virusu epidemiyasıdır.

Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunu qlobal fövqəladə xəstəlik adlandırıb. Bildirilib ki, bu virus Braziliyada minlərlə anadangəlmə qüsur halları yaradan xəstəliyi sürətlə yayır.

"Rio-2016" Təşkilat Komitəsi isə vəziyyəti diqqətlə izlədiyini və ÜST-nin epidemiyaya münasibəti ilə bağlı bütün tövsiyələri izləyəcəklərini bəyan edib.
Bununla belə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Zikanın idmançıların 2016-cı il olimpiadasında iştiraklarına maneçilik törətməyəcəklərinə inam ifadə edib. Onun fikrincə, problemin həlli üçün hələ vaxt var.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.

Şərhini yaz