Qırmızı soğanın kişilərə faydası

Yaddaşsızlıq müasir dövrün ən böyük problemlərindən biridir. Artıq 40 yaşı keçənlər alzaymer təhlükəsi ilə üzləşmək qorxusu yaşayırlar. Ancaq bəzi qidalar sayəsində yaddaşsızlıq problemi ilə mübarizə aparmaq olar.

Türkiyəli dietoloq Əlif Özcan yaddaşa yaxşı təsir edən qidalardan danışıb.

Yaddaşı möhkəmləndirmək üçün bir sıra qidaları gündəlik menyuya daxil etmək vacibdir:

"Hər gün balıq yemək lazımdır. Bir gün sobada bişirib, növbəti gün buğlama yeyin. Konservləşdirilmiş balıqlardan və balıq yağlarından da istifadə etmək olar".

Dietoloq süfrədən soğanı əskik etməməyi məsləhət görür:

"Araşdırmalar soğanın bütün növlərinin, xüsusilə də, qırmızı soğanın yaddaşı möhkəmləndirdiyini sübut edib. Ancaq soğanı bişirdikdə həmin effekt azalır. Bu tərəvəzi çiy halda yemək məsləhətdir. Salatlara əlavə edə və ya yeməklərin yanında çiy halda yeyə bilərsiniz. Yaddaş üçün faydalı tərəvəzlərdən biri də ispanaqdır, onu da çiy yemək lazımdır".

Əlif Özcan yaddaşı möhkəmləndirən digər qidaları  belə sıralayır:

"50-70 faizi kakaodan ibarət olan tünd şokoladlar, qoz-fındıq kimi çərəzlər, göyərtilər də yaddaş üçün xeyirlidir. Bu qidaları həftənin günlərinə bölüb sistemli şəkildə qidalansanız, nəinki yaddaş probleminiz aradan qalxacaq, həm də gələcəkdə alzaymerə yaxalanmaq riskiniz azalacaq".

Şərhini yaz