Fevralın 19-u Parisdə evlənir

Kıvanç Tatlıtuğ ilə Başak Dizer fevralın 19-da Parisdə toy edəcəklər.

Nikah mərasimi Parisdəki Türkiyə səfirliyində keçiriləcək. Nikaha cütlüyün ailəsi və yaxın dostları daxil olmaqla 45 nəfər qatılacaq. Dizerin nikah şahidi şəriki Deniz Marşan, Tatlıtuğunku isə "Ay Yapım" şirkətinin direktoru Kerem Çatay olacaq.

Kıvançın anası xəstəliyi səbəbindən toyda iştirak etməyə bilər.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ bütün xərclər daxil olmaqla hər şey üçün 600 min türk lirəsi (321 min manat) xərcləyib.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.