Messi əməliyyat olunacaq

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi fevralın 9-da böyrəyindən əməliyyat olunacaq.

Argentinalı ulduz komandanın bugünkü məşqində iştirak etməyib.

Qeyd olunur ki, əməliyyat yüngül xarakterli olacaq və L.Messi elə həmin gün evə buraxılacaq. Məlumata əsasən, "Qızıl top" mükafatçısı artıq fevralın 11-də yaşıl meydana qayıda bilər

Şərhini yaz