Qəhvə içmək üçün günün ən yaxşı saatı

Qəhvənizi səhər qalxar qalxmaz içirsinizsə, qəhvənin faydalarından tam olaraq yararlanmamış sayılırsınız.

Məntiq olduqca sadədir: Qəhvəni, beyninin ən məhsuldar vaxtında istifadə etsəniz daha faydalı olacaq. Elm insanları da bu məsələnin arxasına düşdülər və nəticə olaraq, qəhvəni səhər içmənin ən sağlam seçim olmadığı nəticəsinə gəldilər.

Bədənimizdəki ən kritik hormonlardan biri kortizol hormonudur. Ümumi olaraq danışsaq, səhər saatlarında kortizol istehsalı ən üst səviyyədə olur. (Hətda səhər 08:00 ətrafında maksimuma çatır.). Bunun səbəbi isə bədəninin oyana bilməsinin təmin edilməsidir. Ancaq, çox insan, kafeinin kortizolu yavaşlatdığının fərqində deyil. Halbuki, səhərlər ən çox ehtiyac duyduğumuz hormonlardan biri kortizoldur. Yəni, qəhvə səhər saatları içildiyində, kortizoldan aldığımız fayda çox da məhsuldar olmur. Daha da pisi, səhərlər davamlı qəhvə içildiyində, zamanla bədən asılı hala gəlir.

Yaxşı nə etməli? Qəhvəni, gün içərisində kortizol istehsalı yavaşladıqda, yəni10: 00-dan etibarən axşama qədər, ən yaxşı şəkildə isə 14:00 ilə 17:00 arasında içmək faydalıdır.

Vərdişləri dəyişdirmək əlbəttə çətindir. Amma sağlamlığınızı nəzərə alaraq, səhər qəhvəsi vərdişini buraxmanız və bu seçiminizi günortadan sonra istifadə etməniz lazımdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.