Qarınlı kişi olmaq artıq dəbdədir

İdman zallarında əziyyətli və uzunmüddətli məşqlər artıq dəbdən düşməyə başlayır, onun yerinə isə “qarınlı kişilər (Dad Bod Trend)” dəbi keçir.

Bu tendensiya bütün dünyada heç bir vicdan əzabı çəkmədən kiçicik bir qarın buraxmanıza icazə verir. Hamınıza bəllidir ki, Dad Bod sözünü tam olaraq tərcümə etsək “Atanın bədəni” kimi oxunur. Bu kişilər üçün çox rahat bədən fiqurası sayılır. Hansı ki, sərbəst zamanında idmana gedə bilərsən və bədənini ideallaşdırmırsan. Necə var bax elə də görsənirsən.

Eyni zamanda bu qarın imkan verir ki, sən istədiyin zaman pizza və şirniyyat yeyəsən. Bu tip insanları kök adam adlandıra bilməzsən və eyni zamanda fit insan obrazı da yaratmırlar. Maraqlısı odur ki, Dad Bod termini 2015-ci ilin mart ayında amerikalı Makkenzi Pirson tərəfindən düşünülmüşdür. Bu söz birləşməsi o qədər dəqiq və uğurlu alınmışdır ki, İnstagramda #dadbod həştəqi ilə minlərlə şəkil paylaşılıb. Clemson Universitetinin tələbələri isə İnstagramda “Collage Dad Bods” adlı səhifə də yaradıblar.

Şərhini yaz