Maşın 170 at gücü olan mühərriklə təchiz olunub. 100 km/saat sürəti maşın 7,2 saniyəyə yığır. Kuzov isə tünd göy rəngdə tərtib olunub. Elektromobil fevralın 18-də satışa çıxacaq və reteylerin saytında təqdim olunacaq. Avtomobil ancaq Böyük Britaniya ərazisində təqdim edilir. Qiyməti isə 63 min dollardır. "Gələcəkdə biz başqa bazarlara da çıxmağı ümid edirik", - deyə satışların startını Mr Porter-in nümayəndəsi şərh edib.

Qeyd edək ki, BMW i BMW konserninin az yanacaq sərf edən hibrid avtomobilləri və elektromobillərin istehsalında ixtisaslaşır.

Britaniyanın Mr Porter şirkəti isə kişi geyim və aksessuarlarının paylanılması ilə məşğuldur. Reteyler Alexander McQueen, Givenchy, Raf Simons, Lanvin, Loro Piana, Maison Kitsune, Bogliol və başqa brendləri birləşdirir. Şirkətin qərargahı Londonda yerləşir.