Yenilənmiş superkar əvvəlki modeldən bamperi, radiator barmaqlığı və kompressor qabarı ilə seçilir. Eləcə də yenilik ilk dəfə olaraq, bütöv idarə edilə bilən şassi və yan sürüşmələrin idarəsi sistemi ilə təchiz edilib. Sportkar 6,3 litrlik V12 benzin mühərrikinə sahibdir. Ferrari CTC4 Lusso salonunda yeni oturacaqlar yerləşdirilib, onların dizaynı bir az dəyişdirilib, eləcə də yeni alət paneli və 10,25 düymlük displeylə modernləşdirilmiş informasiya əyləncə sistemi yerləşdirilib.