Aranıza soyuqluq girməsin

Xoşbəxt bir cinsi həyat üçün cinsi istəksizlik probleminizi təsbit edib, sizə ən uyğun həll üsulu üçün addım atmanın yolunu göstərəcəyik..

Cinsi arzu həyatın ən təməl hissəsidir. Nəslin davamlılığı üçün zəruri bir ehtiyac olması ilə yanaşı, bədənimizin daha xoşbəxt və sağlam bir həyatı üçün bizə təqdim etdiyi bir açardır. Cinsi istəyin funksiyası, kişi və qadın bədənlərini cinsi birləşmə üçün əlverişli hala gətirməkdir. Bu, beyinin duyğuları idarə edən hissəsinə xəbərdarlığın edilməsi ilə reallaşır. Ancaq fərqli səbəblərdən qaynaqlanan istəksizlik halı sizi bədbəxtliyə, əlaqənizi də alınmamasına gətirib çıxara bilər. Bədbəxtliyin yataq otağınızdan başlayaraq bütün həyatınızı təsir altına almaması üçün, problemi qəbul edərək kökünə enməli və ona görə həll yolları axtarışına başlamalısınız.

Cinsi istək nədir?

Canlıların sahib olduğu, həyatın imtina edilməz bir parçasıdır. Amma ən sadə şəkildə, adamın qarşı cinslə əlaqəyə girmə arzusu olaraq təyin oluna bilər. Ola biləcək cinsi partnorla cinsi məzmunlu yuxular və ya fantaziyalar qurma, cinsi fəaliyyətlə əlaqədar arzuların fərqində olunması halıdır. Görmə, iyləmə, eşitmə, toxunma, dadma, düşüncə və duyğuların hamısı, bu cinsi istəyi meydana gətirir. Digər tərəfdən cinsi istək, cinsəlliyin azalmasına bağlı xəyal qırıqlığını da əhatə edir.

Cinsi istəksizlik nədir?

Hər hansı bir şəkildə cinsi arzu duyulmamasıdır. Kifayət qədər cinsi xəbərdarlıq olmasına baxmayaraq cinsi fantaziyalar və cinsi fəaliyyətdə iştirak etmək istəyiniz ya çox aşağı bir səviyyədə olur ya da tamamilə yox olur. Xalq arasında "cinsi soyuqluq" olaraq da adlandırılan bu vəziyyət müvəqqəti olsa da, hər iki tərəf üçün də bezdirici ola bilir. Cinsi istəksizliyin iki tipi var. Primer cinsi istəksizlik, yetkinlik dövründə başlayır. Sekonder cinsi istəksizlik isə cinsi problemi olmayan bir qadının həyatının hər hansı bir mərhələsində, cinsi baxımdan istəksizləşməsi mənasını verir. Cinsi istəksizlik, qadınlarda kişilərdən daha çox görülür. Qadınlarda bu nisbət 33 faizə bərabərdir, son illərdə bu problemi yaşayan kişilərin sayı da sürətlə yüksəlir.

Cinsi soyuqluğun səbəbləri?

Fiziki faktorlar : Yaşlanma və menopoz, cinsi münasibətdən uzun müddət uzaq qalmaq, istifadə edilən bəzi dərmanlar, alkoqolizm, böyrək, qaraciyər və ürək çatmazlığı, şəkər xəstəliyi və yüksək təzyiq kimi xroniki xəstəliklər, çox skleroz (MS) və nevroloji problemlər, hormonal balanssızlıqlar, doğumdan sonrakı əmizdirmə dövrləri, cinsi orqanlarının quruluş və funksiyalarının bilinməməsi, vaginal göbələk.

Psixoloji faktorlar : Həddindən artıq stress, yoldaşlar arasındakı yola getməməzliklər və qarşıdurmalar, homoseksuallıq, evliliklə əlaqədar problemlər, bədən şəkli ilə əlaqədar qayğılar, bezginlik, cinsi zədələr, təcavüz, ailədə birinin ölümü, uşaq doğumu, daşınma kimi əhəmiyyətli həyat hadisələri, əlaqəyə lazımi diqqətin göstərilməməsi, cinsi əlaqə ilə bəzi mənfi xatirələrin yerləşməsi, cinsi əlaqədə olmağın bir cinayət və ya günah olaraq qəbul edilməsi, narahatlılıq və depressiya olaraq sıralaya bilərik. Bu səbəblərdən bir qismi kişilərin səbəb olduğu, bir qismi qadınların özlərindən gələn və bir qisimi də ətraf ilə əlaqədar səbəblərdir. Qadınların təxminən 1 faizində həqiqətən fiziki bir problem görülür. Geri qalan 99 faizində isə problem psixoloji qaynaqlı olur.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.