Roleks firması haqqında bilmədiyiniz 5 fakt

  1. Heç kim Roleksin mənasının nə olduğunu bilmirdi

Gəzən şayələrə görə Roleks sözünün mənası fransız sözündən irəli gəlir. Lakin bu şayəyə nə şirkət, nə də yaradıcıları öz fikrini bildirmədi.

“Vilsdorf” brendinin yaradıcısı isə bu adı seçməsinin əsas səbəbi kimi onun bütün dildə oxuna bilməsi və qısa yazılışının olması kimi xarakterizə etmişdir. Eyni zamanda o rəsmi olaraq bildirmişdir ki, bu ad qulağa daha yatımlı gəlir.

  1. Bir dəfə Roleks saatları cinayətkarı tapmağa köməklik göstərmişdi

Kanadalı Albert Volker Djekson məktəbdən qovulmuşdur və o 3.2 miliyon dollar oğurlaması ilə yadda qalmışdır. Kanadalı polislər onu axtarmağa başlayanda o qızı ilə birlikdə Böyük Britaniyaya qaçmışdır.

Böyük Britaniyada o yeni bizneslə məşğul olmağa başlamışdır. Onun biznes şəriki isə Ronald Djozef Platton idi. Djekson hətta şərikini də aldatmışdır. 15 yaşlı qızı ilə özlərini ər-arvad kimi göstərirdilər. Bir müddət Platt Kanadaya getməli oldu. Lakin o, 1996-cı ildə Böyük Britaniyaya qayıdanda Djekson onu öldürmək qərarına gəlmişdir. Djekson yenə hər kəsi aldada bilərdi əgər o, Plattı La-Manşa atmamışdan öncə qolundakı Roleks saatını çıxartmış olsa idi. Platt 2 həftə suda qaldıqdan sonra onun nəşi tapılmışdır. Onun üzərində olan Roleks saatı isə hələ də işləyirdi. Bunun sayəsində də qətli törədən Djonsonu tapmaq mümkün olmuşdur.

  1. Roleks xeyriyyə təşkilatıdır

1944-cü ildə Vilsdorfun həyat yoldaşı Doris Kulman Vilsdorf vəfat etmişdir. Elə o zamandan etibarən Vilsdorf "Xansa Vilsdorf" fondunu təsis etmişdir. Bir müddətdən sonra isə o, Roleksin bütün hissələrini həmin fonda bağışlamışdı. İsveçrə qanuna görə bütün xeyriyyə təşkilatları vergi ödəməkdən azaddırlar. Və eyni zamanda onlar kimlərə kömək etdikləri barədə heç bir məlumat verməmək hüququna da malikdirlər. Şirkət bütün yardımlarını gizli saxlayır və eyni zamanda bu günə qədər heç bir təşkilat bu fonddan dəstək aldığını dilə gətirməmişdir.

  1. Berni Meddofun maliyyə piramidasına görə Roleks milyonlarla pul itirib

2008-ci ildə hər kəs Patrik Xeyniqerin fondun direktorluğundan öz istəyi ilə uzaqlaşmasına təəcüblənmişdir. O və onun atası Andre bu fondu 1960-cı ildən, Vilsdorfun ölümündən bu günə qədər idarə edirdilər. Bu hadisədən dərhal sonra bütün qəzetlər Berni Medeffonun 900 miliyon dollar mənimsəyərək Roleksi maliyyə piramidasının qurbanı etmişdir. Daha sonra Roleksin bütün kolleksiyasını satışa çıxartdı ki, zərər dəymiş insanların pulunu ödəsin. O siyahıya isə Uma Turman, Kevin Beykon, Stiven Spilberq və Djon Malkoviç kimi məşhur adlar daxil idi.

  1. Ən bahalı Roleks 1.176 milyon dollara satılmışdır

1942-ci ildə Cenevredə “Christie İmportant Watches” auksionunda ən bahalı Roleks satılmışdır. Hərrac sonunda saat 1.176 milyon dollara satılmışdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.