"Qalatasaray"da istefa

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

Bu gün klub prezidenti Dursun Özbəklə birgə iclas keçirəcək baş məşqçi yerli vaxtla saat 13:00-dakı məşqə çıxmayıb.

Bu gün futbolçular və heyətlə vidalaşan M.Dənizlinin istefa qərarının yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, son dövrlərdə baxımlı oyun nümayiş etdirməyən "Qalatasaray" sonuncu turda səfərdə "Qaziantepspor"a da məğlub olub - 2:0.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.