Kökəlmək istəyən kişilər üçün xüsusi menyu

İndiyə qədər "Necə arıqlayaq?" mövzusunda tövsiyələr çox eşitmişik. Bu gün isə bir çoxlarını düşündürən belə bir sual var - "Necə kökəlim?"

Araşdırmalara görə, kökəlməmək problemi əsasən kişilərdə yaşanır. Unutmayın, alınan kalori sərf edilən kaloridən çox olarsa, kökələ bilərsiniz.

Maddələr mübadiləsi səhərlər sürətli işləyir, axşama doğru isə yavaşlayır. Maddələr mübadiləsinin yavaşladığı saatlarda yediyiniz yeməklər sizə daha çox çəki qazandıracaq.

Səhər yeməyini ötürməyin, mütləq yeyin

Hər səhər mütləq yemək yeyin. Səhər yeməyini erkən saatlarda etməniz eynilə balaca körpə kimi ideal bədənə qovuşmanıza yardım edəcək. Balaca dilim çörək+kolbasa, ya şirin kökə ilə ötüşdürməyin.

Axşam meyvə və salat yemək

Axşam meyvə və salat yeyirsinizsə, kökəlməyi unudun. Çiy olan bu qidalar həzmi çətinləşdirdiyi üçün gecə rahat yatmanızı əngəlləyər.

Axşam çox gec yatmaq

Əgər siz saat 23:00-02:00 saatlar arasında yatmırsınızsa, o zaman kökəlməyi unudun. Kökəlməniz üçün bu saatlar arasında yatmalısınız.

Kökəlmək üçün yeməklərə kiçik miqdarda atılan kətan toxumunun qısa müddətdə faydasını görəcəksiniz.

"Nə gəldi yemək, təki ağzım işləsin" üsulu ilə kökəlmək mümkün deyil. Bunun yerinə həcm olaraq kiçik, amma tərkibi kalorili olan yeməklər daha təsirlidir.

Səhər yeməyindən sonra 2 əsas yemək, 2 ara yemək ən ideal qidalanma şəklidir. Bu qidalar zamanı protein və karbohidrat qəbuluna diqqət edin.

Qidalanma tövsiyələri:

Səhər yeməyinə 1 dilim taxıllı çörək və fıstıq əzməsi əlavə edin.

Ara yeməklərdə qoz, fındıq, badam, quru ərik, fıstıq, şokolad yeyin.

Sobada qızardılmış kartof, toyuq, balıq, süd, pendir, qatıq kimi qidalara üstünlük verin.

Şəkər tərkibli içkilər yerinə təzə sıxılmış meyvə suları, süd için.

Özəlliklə axşam saatlarında kökəlmək üçün çörək, makaron, plov yeyin.

Yediyiniz şirniyyatın enerji dəyərini artırmaq üçün içinə 2 qaşıq qoz əlavə edin.

Səhərlər çay yerinə südün içinə 1 çay qaşığı bəhməz qataraq için.

Yeməklərdə ədviyyat istifadəsini artırın. Özəlliklə nanə, qırmızı bibər kimi ədviyyatlar iştahaçıcıdır.

Suyu yeməklərdən sonra için.

Kökəldən qidalar:

Yulaf əzməsi

Üzüm suyu

Quru üzüm

Quru ərik

Küncüt

Balıq yağı

Fındıq yağı

Kətan toxumu

Quzu ciyəri

Yumurta

Kərə yağı

Ananas suyu

Alma suyu

Qoz

Avokado

Çörək

Qara düyü

Kökəldən menyu

Səhər: 60 qr tam yağlı pendir, 1 ədəd qaynanmış yumurta və ya qayğanaq, 5 ədəd zeytun, 2-3 dilim çörək, 1 çay qaşığı bal/qaymaq, 1 stəkan tam yağlı süd

Ara yemək: 1 ovuc qoz-badam, 1 kasa tam yağlı yoqurt

Günorta: 120 qram qızardılmış toyuq, ya da balıq, 2-3 dilim çörək, 1 kiçik kasa zeytun yağlı salat, 1 stəkan ayran

Ara: 1 stəkan meyvəli milkshake ya da meyvə ətirli süd, 1 ovuc badam ya da fındıq

Axşam: 1 qab quru paxlalı yemək, ya da 120 qr qızardılmış ət, 1 qab plov, ya da tərəvəz souslu makaron, 1 kasa qatıq

Ara: 1 pors südlü şirniyyat, 1 ovuc fıstıq

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.