"Ağıllı" mətbəx mebeli öz funksionallığı ilə heyran edir. Nahar zamanı birbaşa stolun üstündə yeməyi isitmək, şərab şüşəsini soyutmaq və hətta telefonu şarj yığmağa qoymaq olar. Birbaşa keramikaya isidici və soyuducu elementlər yerləşdirilib. Onların hamısı stolun sensor səthinə sadə basma ilə aktivləşir. İndi nahar zamanı gecikmiş qonaqlara yeməyi qızdırmaq üçün plitəyə qaçmaq lazım deyil. Hər şeyi SmartSlab stolunun üzərinə qoymaq kifayətdir. 

Qabların altında +42 dərəcəlik, içki şüşələrinin altında isə -5 dərəcəlik temperatur qorunur. Dirəyin üzərində aşpazın insanların gözü önündə firma deserti hazırlaması üçün induksiya halqaları yerləşdirilib.