Bu yay hansı tip gün eynəkləri dəbdədir?

Hal hazırda ən dəbdə olan kişi aksessuarı məhz gün eynəkləridir. Çünki iyun ayı gəlib və havalar isti keçdiyindən, bu aksessuarsız heç bir kişi özünü təsəvvür edə bilməz. Bu aksessuar həm sükan arxasında olan bəylərə də lazımdır, eyni zamanda parkda gəzintiyə çıxan bəylərimiz üçün də. Daxilində dəbli görsənmək istəyən bəylərimizi ancaq gün eynəyinin qoruyuculuğu yox, eyni zamanda görünüşü də maraqlandırır. Hal-hazırda ən çox satılan və dəbdə olan şüşələr "güzgülü" şüşələrdir. Sezon başlayandan ən aktual şüşələr onlardır. Əsas etibarı ilə də "aviator" formasında olanlar. Bu eynəklərlə yarışa girən ikinci forma isə "yumru çərçivəsi" olan eynəklərdir. Heç bir zaman dəbdən düşməyən isə idman üslublu gün eynəkləridir. Daha dəqiq desək "D-frame" adlı modellər. Bu tip eynəklər insanın üz cizgilərini daha parlaq edir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.