Şəhərin meri Bill de Blazio 33-cü Uest strit küçəsinin adının müvəqqəti dəyişdirilərək Məhəmməd Əli adlandırıldığını bildirib. Elə bu küçədə M.Əlinin heç də az döyüş keçirmədiyi, o cümlədən 1971-ci ildə rinqdə Co Freyzerlə qarşılaşdığı "Medison Skver Qarden" idman sarayı yerləşir.

B.Blazionun sözlərinə görə, əfsanəvi boksçu şəhərin mərkəzi küçələrindən birinə onun adının verilməsinə layiqdir. Küçənin adı bu qərarın Şəhər Şurası tərəfindən bəyənilməsindən sonra birdəfəlik dəyişdirilə bilər.