Özümüzü səhər idmanı etməyə necə öyrədək?

Səhər yuxudan qalxan kimi idman etmək çox çətindir. Lakin təcrübə göstərir ki, mütəmadi olaraq 20 gün bunu etsəniz, daha sonra bədən özü bunu istəyəcək və sizin işiniz rahatlaşacaq. Çalış bu müddəti qoru saxla. Lakin özünə də çox əziyyət vermə. Çalış sadəcə səni oyadacaq hərəkətləri edəsən. Yəni yüngül ev şəraitində olan fiziki idman. Səhərlər bədəninizdən bütün enerjini alan idman etməyə dəyməz. Ən əsası səhərlər xoş və positiv olan musiqi qoşun. Bu sizi daha da idmana bağlayacaq. Səhərlər fiziki yüngül məşq, ağır günün yükünü bir az da olsa öz üzərinə çəkəcək. Elə etməyin ki, idmanı edəndən sonra yenidən yorğunluqdan çarpayınıza gedib yatasınız. Əslində səhər gimnastikası maksimum 10-15 hərəkətdən ibarət olur. Hansılar ki, bütün bədəni oyadır.  Məsəl üçün ilkin olaraq əllərinizi və ayaqlarınızı qızışdırın, qurbağa yerişi edin, oturub durun, sağa sola əyilərək press edin. Eyni zamanda jım etməyi də unutmayın. Bundan başqa ən əsas hərəkət isə əllərinizi əyilərək ayaqlarınıza çatdırmağı bacarın. Bu bütün bədəninizə xeyirli olacaq. Çox ağır hərəkətləri səhərlər etməyin. Onları adətən günorta yeməyindən sonraya saxlayın. Səhərlər yalnız daxili orqanları oyadaraq, aktiv həyata hazırlamaq lazımdır. Bunun sayəsində gün ərzində bədəniniz diskamfort hiss etməyəcək.

Şərhini yaz