Ramazan ayında məşq yolunda necə geriləməmək olar?

Ramazan ayında oruc tutursunuzsa formadan düşməkdən qorxmayın. Doğru qidalanma və məşq sayəsində yolunuza heç bir geriləmə yaşamadan davam edə bilərsiniz

Bədən inkişaf etdirmə və fitness ilə maraqlananların ən çox qorxduğu şey şübhəsiz ki qazanılan əzələlərin itirilməsidir. Aylarla nizamlı şəkildə qidalanıb möhkəm məşq edən, ancaq Ramazan ayında oruc tutan kişilər, bu dövrdə narahatlıq keçirir. Oruc tutanların ümumiyyətlə idmandan uzaqlaşdığı bu ayda bədən inkişaf etdirmə və qidalanma nizamı doğru planlanırsa qorxacaq heç bir şey yoxdur.

Günü tərsinə çevirərək bu cür günə başlayın

Etməniz lazım olan şey əslində çox sadədir : günü tərsinə çevirmək. Normalda səhər yeməyi, nahar və axşam yeməyi olmaqla üç dəfə qidalandığınızı düşünərək, Ramazanda bu dönəm iftar, gecə yeməyi və sahur olaraq nəzərdə tutulmalıdır. Normalda kiloqram başına aldığınız zülal və karbohidrat dəyərlərini iftar və sahur arasında da almalısınız. Əgər buna diqqət etsəniz hər hansı bir əzələ itkisi yaşamazsınız. Ayrıca bu qidalanma sistemi ilə insulin tarazlığında həddindən artıq dalğalanma olmasının qarşısına keçə bilərsiz və alınan qidaların tamamilə yağ olaraq saxlanılmasına maneə törədə bilərsiniz. Gün boyu aclığın ardından mədəyə yüklənməmək baxımından, iftar vaxtı əvvəlcə bir iki stəkan su içərək, bədənin maye ehtiyacını verin. Bundan yarım saat sonra əsas yeməyinizi yeyə bilərsiniz. Bu payda heyvani zülal (qırmızı ət, balıq) və glisemik indeksi aşağı karbohidrat (plov, yulaf əzməsi, makaron) istehlak etmənizi təklif edirik. Bu paydan sonra məşq edəcəksənizsə aradan 1,5 saat keçməsini gözləyin. Məşqdən sonra vey proteini və glutamin qarışığı içki köhnələn əzələlərinizi təmir etmək üçün olduqca təsirli olacaq. Bundan yarım saat sonra da gecə payı olaraq iftarda yediyiniz ana payın eynisini qəbul edə bilərsiniz. Bu dövrdə hazır qidalar (fast-food), şəkərli, duzlu, unlu, yağlı qidalar qəbul etməyin. Bu qidalar formanızı pozacağı kimi, gün içində həddindən artıq susamanıza da səbəb olacaq.

Sahura qalxmağa laqeyd yanaşmayın. Çünki bu ayda səhər yeməyi yeməsəniz əzələ itkisi yaşaya bilərsiniz. Ayrıca sahur payını yeməsəniz maddələr mübadiləsi yavaşlayacaq və daha uzun müddət ac qalacağınıza görə qan şəkərinin düşməsi baş verə bilər. Sahurda heyvani zülal və tərəvəz qəbul edə bilərsiniz. İmsak vaxtilə oruc başlayacağı üçün imsaqdan yarım saat əvvəl sahurun bitirilməsi lazımdır və bu qalan yarım saat içində bol su və mineral itkisini qarşılamaq üçün sadə qazlı su qəbul edilməlidir.

Şərhini yaz