Sərnişinlərə 1, 2, 3 və 5 saatlıq yeddi müxtəlif proqram təqdim edilir. Bura Seul, İnçxonun tanınmış görməli yerlərinə ziyarəti, eləcə də onların ətrafında yerləşən Yonquns məbədi, Volmi parkı, Kenbokun sarayı, İnsadon küçəsi, Dizayn Plaza binası, Çonçeçxon çayı və bir çox başqa yerlər daxildir. Hava limanının ərazisində buz meydançası, qolf-sahəsi və Koreya mədəniyyəti muzeyi yerləşir. İnçxonun özü isə Skytrax versiyası üzrə 2015-ci ildə dünyanın ən yaxşı tranzit hava limanı seçilib.

Qeyd edək ki, Korean Air öz qabaqcıl xidməti ilə tanınan Cənubi Koreyanın ən böyük aviaşirkətidir.