Telefonunuz kökəlməyinizə səbəb ola bilər

Yeni bir araşdırmaya görə, yuxudan əvvəl telefonla vaxt keçirməniz kilo almağınıza səbəb ola bilər.

Ağıllı telefonlar artıq həyatımızın ayrılmaz bir parçasıdır. Həyatımızı bir çox baxımdan asanlaşdıran ağıllı telefonları az qala yuxuda belə yanımızdan ayırmırıq. Səhər oyanar oyanmaz ictimai mediaya daxil oluruq, axşamları isə yatmazdan əvvəl son inkişaflara belə bir göz atıb elə yatırıq. Lakin söz mövzusu formanızı qorumaq olduqda, ağıllı telefonlarınız işləri o qədər də asanlaşdırdığını söyləmək çətin olacaq. Yeni bir araşdırmaya görə, telefondan gələn mavi parlaq işıq, bədəninizdə bir çox qarışıqlığa gətirib çıxarır.

Nortwestern Universitetinin alimləri maraqlı bir araşdırma aparıblar. Onlar telefondan gələn parlaq işığa məruz qalmaq ilə maddələr mübadiləsi arasındakı əlaqəni qiymətləndirməyə çalışıblar. Ağıllarında olan sual isə günün müəyyən saatlarında bu təsirə məruz qalmanın fərq yaradıb yaratmadığı idi.

Daha əvvəlki bir araşdırma, parlaq işığa ən çox səhər saatlarında məruz qalan insanların kilolarının, parlaq işığa günortadan sonra məruz qalanlara nisbətən daha az olduğu istiqamətində idi. Northwestern araşdırmacıları da bu işdən dolayı yola çıxaraq, təsadüfi seçdikləri yetkinlərin bir qisiminə səhər saatlarında oyanar oyanmaz və qalanlara da axşam saatlarında olmaq şərti ilə mavi parlaq işıq (kompüterinizdən və ya iPhone'unuzdan gələn işıq) tətbiq etdilər.

Parlaq işıq, hər iki vəziyyətdə də iştirakçıların insulin müqavimətini artıraraq metabolik funksiyalarında dəyişimlərə yol açdı.

Ayrıca, yuxudan əvvəl ekranlarla çox fokuslanma olduqca pis bir vərdiş olduğunu təyin etdilər. Çünki bu vərdiş, səhər saatları ilə müqayisə edilincə qlükoza səviyyəsinin, yəni qan şəkəri səviyyəsinin yüksəlməsinə səbəb olur. Zaman içərisində də çox qlükoza bədəndə yağ olaraq yığılır.

Yəni, yuxudan əvvəl Facebookda keçirdiyiniz müddətlər, bədəninizdə yağ olaraq yığılır. Əgər bu vərdişinizdən əsla qurtula bilməyəcəyiniz kimi düşünürsünüzsə, heç olmazsa Night Shift xüsusiyyətini istifadə edə bilər və mavi işıq miqdarını azalda bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.