Yüz illər ərzində bu rollar dəyişirdi və insanların smartfonlar və planşetlərlə kütləvi şəkildə maraqlanmasına baxmayaraq, saatın məhsul kimi zamanımıza qədər "sağ qalmasına" imkan verdi. Uğurun sirri isə bizim individuallığımızı açmağa imkan verən qol saatını başqa heç bir alətin əvəz edə bilməməsindədir. Buna görə də Breguet, Blancpain, Jaquet Droz, Harry Winston və ya Omega saatlarının reklamına rast gələrkən, biz bu dəbdəbə, gözəllik və stil əşyalarını məmnuniyyətlə nəzərdən keçiririk.

Glashutte, Ulysse Nardin, Perrelet, DeBethune, Chopard və ya Girard Perregaux saatlarını jurnal səhifələrində nəzərdən keçirəndə nə aşkar edirik? Artıq ikinci onillikdir ki, müzakirə olunan və tələsik şəkildə "saatsazların ümumdünya əlbirliyi" adlandırılan saat reklamındakı daha bir sirr və ya fenomen... Bu sirr isə reklam olunan saatların saat 10:10-a quraşdırılmasıdır.

Uyğun olaraq sual yaranır: Niyə bütün saatların əqrəbləri məhz bu vəziyyətdə quraşdırılıb? Biz bu halı araşdırmağa çalışdıq və diqqətinizə təkcə ən çox yayılmış versiyaları deyil, həm də əvvəllər geniş ictimaiyyətə məlum olmayan eksklüziv versiyaları çatdırırıq.

"Təbəssüm" yaxşı satılır
Məlumdur ki, marketoloq və brend-menecerlərin funksiyası məhsula diqqəti mümkün olduğu qədər tez cəlb etmək və istehlakçıların sayını artırmaqdır. Bunun üçün "görünməz cəbhənin döyüşçülərinin" öz metodları var. Saatlara gəlincə, onlar saatların əqrəblərini belə yerləşdirərək, potensial alıcılara pozitiv "smayl" göndərmək qərarı veriblər.

Ədalət naminə demək lazımdır ki, təbəssüm imitasiyası əqrəblərin 16:40 vəziyyətində dayanarkən göndərdiyi kədər ismarışından daha yaxşıdır. Bəs niyə əqrəblərin vizual olaraq "gülümsədiyi" 16:40 vəziyyəti deyil, məhz 10:10? Brendin inkişafı üzrə mütəxəssislər burada da hər şeyi düşünüblər. Onların fikrincə, nahardan sonra yuxunun gəldiyi zamandansa, pozitiv və enerjili səhər daha yaxşıdır.

Zavod versiyası
Məsələ burasındadır ki, konveyer toplanışı zamanı saatların əqrəbləri məhz bu vəziyyətdə quraşdırılır, reklam üçün isə yeni saatların çəkildiyindən müvafiq olaraq onların üzərində də 10:10 zamanı göstərir. İlk baxışda bu versiyada hər şey aydındır, ancaq bir "amma" var. Versiya mexanizmi işə salınana qədər çalışmayacaq mexaniki saatlara aiddir, bəs kvars saatları və ya avtomatik qoşulmalı saatlar necə? Bir halda, saatlar mexanizmi işə batareya hesabına çalışır, digərində isə öz-özünə qoşulma üçün xüsusi mil yoxdursa, saatlar vibrasiya və titrəmədən işləməyə başlayır. Odur ki, istehsal zamanı müəyyən edilən vəziyyət barədə versiya, yumşaq desək, kifayət qədər həqiqətə uyğun deyil.

Kömək üçün psixologiyaya müraciət
Psixoloqlar iddia edirlər ki, hər bir insanın şüuraltında hamı üçün təxminən eyni emosional əhəmiyyət daşıyan bir növ baza simvollar dəsti var. Bunu bilərək, marketoloqlar istehlakçının şüursuz sahəsini manipulyasiya edirlər. Məsələn, insanın şüurlu şəkildə təbəssümü xatırladan saat əqrəblərini görməsi mütləq deyil, bunu onun əvəzinə şüuraltı edəcək. Eyni uğurla şüuraltı hansısa tapşırıq və ya işin yerinə yetirilməsi ilə əlaqələndirilən və ya insana azadlıq hissi ötürən uçuşda olan quşu xatırlada bilər. Çoxlarına standart yerləşdirilmiş əqrəbləri olan saatlar reklam zamanı vəziyyətin tarazlığı və stabilliiyini simvolizə edən "tərəzini" xatırlada bilər.

Bununla belə, marketoloqla bəzən əqrəblərin klassik yerləşməsindən azacıq yayınmaya da imkan verirlər - bu, 10:08, 13:50 və nadir hallarda 20:20 olur. Ancaq heç kəsin ağlına reklam üçün saatı 12:00 vəziyyətində fotoya çəkmək gələ bilməz. Bu, Yeni İlin qeyd olunması ilə əlaqələndirilir və bəzən narahatlıq hissinə səbəb olur. Eləcə də, 18:00 və ya 17:30 da mütəxəssislərin fikrincə kişi alıcılara mənfi təsir edir.

Antifaşistlər marşda
Məşhur yazıçı Den Braun müxtəlif sirli cəmiyyət və simvolların ifşa edilməsi üzrə böyük mütəxəssisdir. Yazıçı bu məsələ ilə antifaşist versiyasını təklif edib. Onun alternativ izahının məğzi belədir: Əqrəblərin 10:10 vəziyyətində olması ən qədim antifaşist təşkilatından öz üzvləri və tərəfdarlarına təşkilatın hələ də mövcud olması, mübarizənin isə davam etməsi barədə ismarışdır. Onun fikrincə, ənənəvi vəziyyətdə olan əqrəblər Selsi üzrə düz 115 dərəcəlik bucaq formalaşdırır, bu temperaturda isə antifriz qaynamağa başlayır.

Müəllifin məntiqinə görə, "Antifriz"in səslənməsi İkinci dünya müharibəzi zamanı Şərqi Avropa ərazisində partizanlıq edən "Anti-fritz" təşkilatının adı ilə səslənir. Yeri gəlmişkən, bu təşkilata çoxlu sayda saat ustaları daxil olmuşdu. Onlar saatla işləyən partlayıcı mexanizmlərin hazırlanmasında iştirak edirdilər. Braun hesab edir ki, "Anti-fritz" təşkilatı missiyasının yerinə yetirildiyi qərarına gələndə, reklam elanları dəyişəcək və o zaman əqrəblər "11:05" vəziyyətini alacaq - "victory" (qələbə) sözünü simvolizə edən V hərfinə çevriləcək.

"Kod da Vinçi"ni yada salsaq, kitabda əqrəblərin klassik yerləşməsi Sion Prioratı - Qraal ordeni üçün müqəddəs yeri simvolizə edir.

Bu məsələdə heç kimdə təsdiqedici fakt yoxdur, ona görə də Den Braunun bəraətini ona kitablarını bestseller etməyə imkan verən zəngin xəyal dünyasının nəticəsi adlandırmaq olar.

Praktik versiya
İlk baxışda insana elə gələ bilər ki, bu versiya əqrəblərin niyə 10:10 vəziyyətində dayandığına ən hərtərəfli cavabı verir. Diqqət yetirin ki, məhz bu vəziyyətdə insan bəzədilmiş siferblatı, təqvim üçün və ya digər məqsəd üçün nəzərdə tutulmuş pəncərəni, hər iki əqrəbi, 3, 6, 9, 12 rəqəmlərini və əlbəttə ki, saat brendinin loqotipini bütün detalları ilə nəzərdən keçirmək imkanı qazanır.

Saat və dəqiqə əqrəbləri hesabına yaradılan "badə" istehlakçının diqqətini brendinin imzasına yönəldir. Versiyanın tərəfdarları hesab edirlər ki, daha geniş versiya lazımi vurğunu etməyəcək, daha dar versiya isə loqonu tam görməyə imkan verməyəcək.
Bundan əlavə, hansısa şərtlərə görə bir maketdə müxtəlif fotoqraflar tərəfindən fərqli zamanlarda çəkilmiş bir neçə saat ola bilər. Bu isə saatın səliqəsiz görünməsinə və brendin saatların dəqiq işləmədiy təəssüratına səbəb ola bilər.
Bu versiyanın doğru olub-olmadığına siz qərar verirsiniz, ancaq skeptiklər hesab edirlər ki, nə qədər həqiqətə uyğun olsa da, son instansiya bu versiya mütləq həqiqəti əks etdirmir. Saat brendləri siferblatda loqotiplərini azacıq böyük göstərsələr, əqrəblər də öz ənənəvi hüdudlarını aşardılar və şübhəsiz ki, bu, barəsində danışılan versiyanın mifini açmış olardı.

"Saatsazların ümundünya əlbirliyi"
Budur, biz konspiroloji versiyaya yaxınlaşdıq. Bu versiya "10:10" fenomenini bütün dünya saatsazlarının əlbirliyi barədə fərziyyə üzərində qurur. Guya ki, saat ustaları sivilizasiya tarixində hansısa ən əhəmiyyətli hadisənin olacağı anından xəbərdardırlar. Məhz bu yolla saatsazlar bütün dünyaya qarşıdan gələn sınaq barədə xəbərdar etməyə çalışır. Buna qədər bəzi bloqerlər hətta 10.10.2010 tarixində bu hadisənin baş verəcəyini iddia edirdilər.

İstəyirsiniz inanın, istəyirsiniz yox
Müasir saat reklamında əqrəbləri müxtəlif cür yerləşdirilən kifayət qədər mexanizmlərə rast gəldiyimizdən, razılaşmalı oluruq ki, saatsazların heç bir dünya əlbirliyi mövcud deyil. Bununla belə, biz başa düşürük ki, saatsazların ümumdünya əlbirliyi barədə ideyanı şüurlu məntiq və adekvat arqumentasiya ilə kütlənin düşüncəsindən çıxarmaq çox çətin olacaq. Mexanizm işə düşüb və məşhur mahnıdakı kimi "Köhnə saatlar hələ də işləri... Köhnə saatlar şahid və hakimdirlər".