Məşqdən əvvəl niyə qəhvə içilməlidir?

Qəhvə içərək məşq performansınızı artırmaq mümkündür. Lakin diqqət yetirməniz lazım olan bəzi məsələlər var.

Fitness salonuna əlində qəhvəylə gələn və sonrasında qaçış zolağına çıxaraq dəqiqələrlə tər tökən insanlara mütləq rast gəlmisiniz. Yaxşı bu insanlar nə üçün məşqdən əvvəl qəhvə içdiklərini heç düşünmüsünüzmü?

Tədqiqatlar göstərir ki, bu insanların həqiqətən də bildikləri bir şey var. Çünki, məşqdən əvvəl qəhvə içmək, məşq performansına müsbət təsir edir.

Kafein, mərkəzi sinir sistemi, ürək və təzyiqə nəzarət edən rol oynayır. Bütün bunlar isə məşqdə ağlınızı və bədəninizi daha çox zorlamanıza kömək edir. Bundan başqa, özünüzü yaxşı hiss etmənizi təmin edən dopinq kimi də sayıla bilər.

Bir başqa formada desək, qəhvə içdikcə tərləmənin dadını çıxarırsınız və çətinlik çəkdiyiniz o son təkrarları daha rahat edirsiniz. Bundan əlavə, tədqiqatçılar, məşqdən əvvəl kafen qəbul edən insanları daha sonra gün içərisində 72 kalori daha az ixrac etdiyini və aclıqlarına nəzarət etmə mövzusunda daha az çətinlik çəkdiklərini ifadə edirlər.

Əgər məşqlərinizi səhər edirsinizsə

Sabah məşqlərindən əvvəl bir fincan qəhvə içməyə nə deyərsiniz? Əslinə baxsanız, zamanlama məsələsi ümumi performansın üzərində əhəmiyyətli bir rol oynaya bilər. Kafein, mədə tərəfindən 15-45 dəqiqə içərisində asanlıqla sorulur və xəbərdarlıq təsirlərinin ən yüksək olduğu mərhələyə 30 ilə 75 dəqiqə arasında çatır. Yəni, ən məntiqli üsul, qəhvəni məşqdən 1 saat əvvəl içməkdir.

Ayrıca, məşqə başlamadan əvvəl başqa mayelərə də ehtiyacınız olacaq. Ona görə su içməyə də laqeyd yanaşmamalısınız. Əgər məşqə başlamağa 1 ya da 2 saat varsa, qəhvə ilə birlikdə bir stəkan su içməniz də əhəmiyyətlidir.

Unutmamanız lazım olan digər şey isə çox kafeinin qəbizliyi aradan qaldırmasıdır. Məşq əsnasında çətin anlar yaşamağı təbii ki istəməzsiniz. Əgər ümumiyyətlə qara qəhvə içməyi seçirsinizsə, qəhvənizə bir az süd əlavə oluna bilər. Bunun sayəsində bir az karbohidrat və zülal dəstəyi də almış olarsınız. Hər ikisi də yuxudan sonra qan şəkərinizin düzəlməsinə köməkçi ola bilər.

Əgər məşqlərinizi gec saatlarda edirsinizsə

Gecə quşları üçün pis xəbər : Əgər məşqlərini ümumiyyətlə günortadan sonra və ya gecə edirsinizsə, qəhvənin məşq faydalarına olan təsirini itirə bilərsiniz . Kafein, qəbulundan sonra bədən sisteminizdə 4-6 saat qalır. Təsirləri isə hər insan üçün fərqlidir. Axşam saat 7 məşqindən əvvəl qəhvə içməniz sizin üçün problem olmasa da, ən yaxın yoldaşınız eyni şeyi etdiyində bütün gecə yuxusuz qala bilər. Bu fərqlilik genetik quruluş, bədən çəkisi və yaşla da bağlı ola bilər.

Hər nə olursa olsun, kafein üçün yuxu nizamınızı qurban etməməniz lazımdır. Yaxşılaşma, iştaha nəzarət üçün yuxuya möhtac olduğunuzu əsla unutmayın. Əgər istənilən zamanda yatağa girə bilmirsinizsə, məşqdən əvvəl qəhvə qəbulunu buraxmanız ya da gec saatlar yerinə səhər məşqlərini seçməlisiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.