Nə qədər yuxuya ehtiyacımız var?

İdeal yuxu müddəti haqqında bütün bildiklərinizi nəzərdən keçirməniz lazım ola bilər.

Əvvəllər bizlərə gündə 8 saat yatmağı deyirdilər. Yaxşı bu düzgündürmü? Əslinə baxsanız, vəziyyət elə deyil. Hətta nə qədər yuxuya ehtiyacınız olduğu sizə bağlı olaraq dəyişə bilir. Yəni, 8 saat yuxu dəqiq bir qayda deyil. Bir çox araşdırmaya görə isə ideal yuxu müddətinin gündə 7 saat ətrafı olduğu ifadə edilir.

Elm nə söyləyir?

Əvvəlcə ideal yuxu miqdarı nə anlama gəlir ona baxaq. İdeal yuxu miqdarı, adamın təzələnmiş olaraq ayılacağı və gün içərisində kafeinin və ya digər stimula bağlı heç nə olmadan diqqətini qorumasını təmin edəcək qədər olan miqdara bərabər gəlir. Bunun üçün isə ümumiyyətlə 7-dən 9 saata qədər bir yuxu təklif edilir.

20 illik araşdırmadan sonra 2002-ci ildə açıqlandı ki, gündə 7 saat yatan kəslərin 8 ya da daha çox saat yatanlarla müqayisədə daha uzun ömürlüdürlər. Aradakı əlaqə təbii ki, bir səbəb nəticə əlaqəsi mənasını vermir. Çünki çox yatmaq, pis sağlamlığın bir göstəricisi ola bilər. Yəni, pis sağlamlığa sahib olmaq, yuxu müddətinin uzanmasına səbəb ola bilir.

Bundan başqa, yuxu problemləri olan kəslərdə (yaşlılar) gündəlik yuxu zonasını 7 və ya daha az saat ilə məhdudlaşdırmanın əlverişli ola biləcəyi ifadə edilir. Çünki, yataqda keçirilən müddətin artmasının gün içərisində keyliyə səbəb ola biləcəyi və yuxu bölünməsini artıra biləcəyi deyilir.

Bütün bu tapıntılar göz qabağına qoyduqda, qüsursuz yuxu müddətini qəti bir şəkildə ortaya qoya bilmək çox da mümkün deyil kimi görünür. Çünki heç bir iş, bir insana qəti olaraq gündə neçə saat yuxuya ehtiyacı olduğunu söyləyə bilmir. Elə isə, fərdi mənada nə edilə bilər?

Yuxu ehtiyacınızı necə bilməlisiniz?

Hər gecə eyni saatda yatağa girməyi və bir neçə gün ərzində alarm qurmadan oyanmağı yoxlayın. Bir həftə nizamlı yuxu yatdıqdan sonra, ideal yuxu saatınız haqqında bir fikrə sahib ola biləcəksiniz. Bu aralıq isə ehtimalla 7 ilə 9 saat arasında dəyişəcək. Ayrıca, bu testin 1 həftəni aşa biləcəyini də nəzərdə tutmalısınız.

Yuxu vərdişlərini necə dəyişdirəcəksiniz?

Daha az yatıb dincəlməyiniz lazım olduğunu düşünürsünüz? Təəssüf ki, yuxu ehtiyacınızı dəyişdirməniz bir az çətindir. Ehtiyacınız olan yuxu miqdarını azalda biləcək bir yol yoxdur. Bu, ümumiyyətlə genetik tərəfdən təyin olunur.

Edə biləcəyiniz ən yaxşı şey, yuxu keyfiyyətini yaxşılaşdırmaq olacaq. Bunun üçün spirtli içki qəbulunu məhdudlaşdırmaq, yuxudan 6 saat əvvəl kafenin ya da digər yuxu qaçırdan şeylərdən çəkinməniz işə yarayacaq. Bundan başqa, gün içərisində özünüzü yorğun hiss etməmək üçün də yuxu saatlarını nizama oturtmanız çox əhəmiyyət daşıyır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.