Live Photos funksiyası ilk dəfə olaraq iOS 9-da çıxıb və ancaq ən aktual Apple smartfonları tərəfindən dəstəklənir. Bu, çəkilişdən öncəki və sonrakı bir neçə anı yaddaşa yazır. "Canlı fotoları" şirkətin əksər cihazlarında nəzərdən keçirmək olar. Lakin Apple bu anı sona qədər düşünməyib və Google onlara köməyə gəlmək qərarı verib.

Motion Stills-də xüsusi video stabilizasiya sistemi istifadə edilir. Bu isə titrəyən Live Photo-nu mükəmməlləşdirir və onu axıcı GIF animasiyaya çevirir. Google qeyd edir ki, bunun üçün şəbəkə ilə birləşməyə ehtiyac yoxdur - bu bilavasitə smartfonun özündə baş verir. Motion Photos-u artıq App Store-dan pulsuz yükləmək olar.