AÇ-2016-nın qrup mərhələsində 3 qarşılaşma baş tutacaq

D qrupunda yer alan "buğalar" Fransaya seçmə mərhələnin lideri kimi gəlmiş Çexiya ilə qarşılaşacaqlar. Visente del Boskenin yetirmələri hər zaman olduğu kimi bu turnirin də favoritidir. Qrupun digər matçında Xorvatiya Türkiyəyə qalib gəlib.
E qrupunda isə iki görüş keçiriləcək. İlk olaraq İrlandiya İsveçlə oynayacaq. Zlatan İbrahimoviç və komanda yoldaşları çempionata qələbə ilə başlamağı hədəfləyirlər. İrlandiya yığması da mötəbər turnirə izləyici kimi gəlmədiklərini sübut etmək istəyir.

Daha sonra isə meydana Belçika və İtaliya milliləri çıxacaqlar. Yüksək səviyyəli oyunçulardan qurulmuş heyəti ilə çempionluğa əsas namizədlərdən biri olan "qırmızı şeytanlar" nəsildəyişmə prosesi keçirən İtaliyanı məğlub edərək turnirə uğurlu start vermək istəyirlər.

Avropa çempionatı
Qrup mərhələsi
13 iyun

D qrupu

17:00. İspaniya - Çexiya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Razkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu

Komanda O Q H M T/F X
Xorvatiya 1 1 0 0 1:0 3
İspaniya 0 0 0 0 0:0 0
Çexiya 0 0 0 0 0:0 0
Türkiyə 1 0 0 1 0:1 0

E qrupu

20:00. İrlandiya - İsveç

Baş hakim: Milorad Maziç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curcyeviç

Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)

Sen-Deni. "Stad de Frans"

23:00. Belçika - İtaliya

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Karlos del Kerro Qrande (İspaniya)

Ehtiyat yan xətt hakimi: Xuan Yuste Ximenes (İspaniya)

Hakim-inspektor: Damyar Damkova (Çexiya)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion. Şəhər stadionu

Şərhini yaz