Dünya ulduzları Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakıya gələrək yarış günləri ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşadacaqlar. Unikallığı, ekslüzivliyi və dəbdəbəni özündə birləşdirən Billionaire Club əvvəllər Formula 1 komandalarından Benetton və Renaulta rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub. Dubay, Porto və İstanbul kimi şəhərlərdə böyük coşğu ilə baş tutmuş bu əyləncə tədbiri Bakıda qeyri-adi yarış həftəsonu keçirmək imkanını yaradacaq.

Tədbirin iştirakçıları arasında hər zaman məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkündür. Bakıda keçiriləcək tədbirdə də bu istisna təşkil etməyəcək.

Formula 1 Avropa Qran Prisi Bakıda 17-19 iyun tarixlərində keçiriləcək.