Reklam kampaniyasının əsas qəhrəmanları Penni Leyn və Pyetro Boselli, çəkilişin müəllifi isə fotoqraf Serj Qerandır. EA7 Olympic kolleksiyasına idmanla məşğul olmaq üçün çimərlik geyimi, futbolka və bralar, polo köynəklər, şortlar və idman şalvarları, eləcə də bir sıra aksessuarlar - eynəklər, kepkalar, krosovkalar, əlcəklər, velosipedlər, ip (ipatdı oyunu üçün), serfinq üçün lövhələr və bir çox başqa əşyalar daxildir. EA7 Olympic kolleksiyasından olan əşyaları onlayn və Emporio Armani butiklərindən əldə etmək olar.