FlexCare Platinum Connected adlı fırça Bluetooth vasitəsilə xüsusi Android və iOS tətbiqetməsinə bağlanır. Burada istifadəçiyə real zamanda fırçanın dişləri necə təmizlədiyini izləməyə imkan verən bir sıra sensorlar var. Hər şey kifayət qədər sadədir: dişlərin təmizlənməsi zamanı insan smartfonun ekranında öz ağız boşluğunun üçölçülü xəritəsini görür. Burada hazırda fırçanın hərəkətinin hansı dişə yönəldiyi göstərilib.

Ancaq tətbiqetmənin ən faydalı funksiyası ağız boşluğunun xüsusi diqqətə ehtiyacı olan ayrıca yerlərini müəyyən etmək imkanıdır. Məsələn, hansısa diş üzərində plomb olarsa, tətbiqetmənin onu nəzərə alması üçün bu dişi fərqləndirmək olar. Bundan əlavə, dişlərin təmizlənməsi üzrə bütün məlumatları diş həkiminə göndərmək olar.

İyul ayında satışa çıxarılacaq FlexCare Platinum Connected diş fırçasının qiyməti 199 dollar təşkil edəcək.