Piaget evinin baş icraçı direktoru Filipp Leopold-Metsqerin sözlərinə görə, Rayan Reynolds kişi saat kolleksiyasını təqdim edəcək. "Rayan Reynolds hər kəsi eleqantlıq və cazibənin vəhdəti ilə heyran edir. Onun yadda qalan və cəsur ekran obrazları, eləcə də zahiri görünüşü Rayanı aparıcı Hollivud aktyorlarından biri edib", - deyə o, qeyd edib.

"Piaget ailəsinin üzvü olduğum üçün xoşbəxtəm. Bu brend haqqında hələ uşaqlıqda eşitmişəm. Ustalıq, eleqantlıq və yaradıcılığı özündə bu dərəcədə təcəssüm edən brend tapmaq mümkün deyil. Bütün bunlar mənim üçün çox şey deməkdir. Mənim fəaliyyət sahəmdə hər şey çox tez dəyişir. Odur ki, əhəmiyyətli, zamanın fövqündə olan bir şey tapmaq çox vacibdir. Bu, Piaget-də sevdiyi çoxlu sayda şeylərdən biridir" - deyə, Reynolds bildirib.