Starbuck 2012-ci ildə aldığı Teavana çay brendini genişləndirməyə qərar verib. AB InBev pivə konserni ilə birgə o premial çay kolleksiyası buraxacaq. Starbucks-ın işi məhsulun keyfiyyətinə nəzarət və istehlakçıların cəlb olunmasından ibarət olacaq. Öz növbəsində AB InBev içkinin qablaşdırılması, yayılması və satışı ilə məşğul olacaq. Razılaşma 2016-cı ilin sonunda yekunlaşacaq, məhsulun buraxılışı isə 2017-ci ilə təyin edilib.

Starbucks artıq marketinq və soyuq kofe içkisi Frappuccino-nun yayılması sahəsində PepsiCo ilə əməkdaşlıq edir. Teavananı inkişaf etdirməyə onlara maraqlar konflikti mane olub. Belə ki, Lipton Ice Tea brendi PepsiCo-ya aiddir.