TrackR StickR
Açarları, pul qabını qoyduğu yeri tez-tez unudan və ya ticarət mərkəzində park etdiyiniz avtomobilini tapa bilməyənlərdənsinizsə, TrackR StickR qaceti məhz sizin üçündür. O, sizə axtarışlara zaman itirməməyə kömək edəcək. Quraşdırılmış GPS naviqator, eləcə də mobil tətbiqetmə TrackR StickR-in taxıla biləcəyi istənilən əşyanı izləməyə imkan verir. Yeri gəlmişkən, TrackR StickR kifayət qədər kiçik ölçülüdür. Onun ölçüsü qəpikdən böyük deyil. Eləcə də, qacetin xarakteristikasına bir il çalışan batareya, itmiş əşyanı eşitmək üçün səsləndirmə sistemi və GPS naviqatorun bütün üstünlükləri daxildir. Qiyməti 24,95 dollar olan qaceti www.thetrackr.comsaytından əldə etmək olar. 

Leef iBridge Mobile Memory
Yəqin ki, əksər iPhone istifadəçiləri yaddaşda yer çatışmazlığı problemi ilə üzləşib. 16GB, 32GB, 64GB, 128GB və 256GB-a qədər faylları yerləşdirməyə imkan verən LEEF şirkətinin I-Bridge xüsusi fleşkası bu problemin həlli ola bilər. Apple istifadəçilərinin digər problemi iPhone-dan iPad-ə və ya əksinə faylların transferində yaranan çətinlikdir. Xoşbəxtlikdən fleşkanın daha bir funksiyası faylları iPhone-dan iPad-ə ötürülməsidir və bu, faylları kompyuter vasitəsilə ötürməkdən daha asandır. Xüsusilə də, bu qacet foto və video işlənməsi ilə məşğul olan insanlar üçün faydalıdır. Çünki onlara faylların silinməsinə zaman sərf etmək lazım olmur.

Qacetin qiyməti 16 GB-a 59 dollardan başlayır, 256 GB-a isə 399 dollara qədərdir. Onu www.leefco.com saytından əldə etmək olar.

WorldPenScan BT
Fayllardan kompyuterdə istifadə edənlər üçün onlayn tərcüməçilər həyatı asanlaşdırıbsa, Pen Power şirkəti tərəfindən hazırlanmış WorldPenScan BT xüsusi qələmi ənənəvi kitab və sənədlərin həvəskarları üçün əla qərar olacaq. WorldPenScan BT sənədləri tərcümə etməkdən əlavə onları skan da edə bilir. Skan edilmiş sözlərin sayı dəqiqədə 1000-ə qədər olacaq. Qacet android, Mac və Windows-a yükləmək mümkün olan tətbiqetmə əsasında çalışır.

Qələmi www.penpowerinc.com saytından 149, 95 dollara əldə etmək olar.