28 günə Kristiano Ronaldo kimi pressə sahib ol (3-cü hissə)

İstəyirsənsə ki, sənin qarın əzələlərin Kristiano Ronaldonun qarın əzələləri kimi olsun? Onda biz deyənlərə diqqət etməlisən.

Hər birimiz bilirik ki, Kristiano Ronaldo ən yaxşı futbolçu olmaqla bərabər eyni zamanda çox gözəl bədənə sahibdir. Bəs o buna necə nail olub. Onun məşq proqramını sizinlə paylaşırıq. İlkin olaraq bir neçə qısa qeydlərimiz var onlara diqqət yetirin.

Qısa qeydlər : Bu məşq proqramı həftədə 3 dəfə olunur. Məsəl üçün məşq proqramı 1 bazar ertəsi, məşq proqramı 2 çərşənbə günü, məşq proqramı 3 isə cümə günü edilməlidir. Şənbə və bazar günləri isə istirahət etməlisiniz.

Bu günkü xəbərimizdə üçüncü günün məşq proqramını sizinlə paylaşacağıq.

Məşq proqramı 3-cü gün

Ştanqayla arxaya hərəkət. Bu hərəkəti 6 dəfə etmək lazımdır. Sonra ayağı dəyişərək yenə 6 dəfə etmək lazım olacaq.

Aşağı formada dartınma. Sinəndən aşağıya əyilən formada ol. Dartılaraq sinəni dəmirə çatdır. Bu hərəkəti 9 dəfə et.

Bu hərəkəti uzanaraq et. Bir ayağını 10 dəfə et. Sonra digərinə keçərək yenə 10 dəfə et.

Fərqli jım et. İlkin olaraq sinən yerə dəyənə qədər əyil. Daha sonra arxan yuxarıya dartılana qədər qalx. Bu hərəkəti də 10 dəfə et.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.