Boeing şirkəti Boeing 747-8 təyyarəsinin şəxsiləşdirilməsi imkanını təqdim edib. Bu xidmətdən bu yaxınlarda adı açıqlanmayan alıcı yararlanıb. Dizayn işləri zamanı alətlə panelində ən yüksək texnologiyalı mexanizmlərin yaranması ilə bir sırada təyyarənin salonu da dəyişirilib. Təyyarənin əsas hissəsini kral yataq otağı, kabinet, yemək otağı, danışıqlar və istirahət üçün qonaq otağı tutur, təyyarənin ikinci mərtəbəsində isə məhdud sayda şəxslərin iştirakı ilə sıx danışıqlar üçün kiçik otaq təşkil edilib. Təyyarənin renovasiyası yeni sahibinə təxminən 367 milyon dollara başa gəlib.