iOS 10
Apple iOS 10 ilə birlikdə kilid ekranını tamamilə yenidən dizayn edib. Belə ki, kilid ekranında yeni görünüşə malik bildirişlər yer alacaq. 3D touch xüsusiyyətindən də kilid ekranında istifadə oluna biləcək. Bundan başqa, Siri artıq 3-cü səviyyəli proqramlarla da əlaqəyə keçəcək. iOS 10 ilə birlikdə arxivdəki şəkilləriniz artıq şəxslərə görə analiz edilir və avtomatik olaraq şəkil albomu yaradılır. iOS 10 ilə birlikdə artıq Apple Maps xəritələri tamamilə yenilənib və daha çox xüsusiyyət təqdim edir. iOS 10 yeniləməsi iPhone 7 ilə birlikdə sentyabr ayında istifadəyə veriləcək.

iOS 10 əməliyyat sisteminin köməyilə gizli nömrələr ortaya çıxacaq. Belə ki, tanımadığınız nömrədən sizə zəng gələrsə, sistem avtomatik olaraq bu nömrənin təhlükəli ola biləcəyi haqda sizi xəbərdar edəcək.

macOS Sierra
Apple Mac OS X versiyalı cihazlarını da yeniləyib. Yeni ОС versiyası Sierra adlanacaq. Yeni macOS-ları parolsuz - Apple saatlarının köməyilə açmaq mümkün olacaq. Bundan başqa, iPhone-da yazılan mətni Mac kompyuterlərinə əlavə etmək mümkün olacaq.

Şirkət Apple Music əlavəsini də yenidən dizayn edib. İstifadəçilər artıq mahnıları və mahnı sözlərinə asanlıqla yükləyə biləcəklər.

tvOS
Yeni tvOS-in köməyilə Apple Tv-ni iPhone smartfonları ilə Siri isə səs vasitəsilə YouTube-da filmlər və digər kateroqiyalarda olan videoları axtara biləcək.

Qeyd edək ki, WWDC 2016 konfransı San-Fransiskoda iyunun 17-dək davam edəcək.