Avropa çempionatında rekord

Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan Çexiya ilə matçda meydana start heyətində çıxan İspaniya millisinin futbolçuları Andres İnyesta və Sesk Fabreqas 1:0 hesablı qələbənin iştirakçısı olublar.

Bu qalibiyyət adıçəkilən futbolçular üçün rekordla əlamətdar olub. Belə ki, "Barselona" futbol məktəbinin yetirməsi olan hər iki oyunçu milli komanda ilə Avropa çempionatlarında 10-cu qələbələrini qazanıblar. Daha əvvəl heç bir futbolçu qitə birinciliyinin final mərhələsində bu qədər qələbə sevinci yaşamayıb.

Qeyd edək ki, Fabreqas və İnyesta birlikdə İspaniya millisi ilə AÇ-2008 və AÇ-2012-in iştirakçısı və çempionu olublar.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.