Ayaqdan gələn iyin 4 səbəbi və onlardan qurtulmaq yolu

Bir yerə gedirsiniz və ayaqqabılarınızı soyunmağa utanırsınız. Buna səbəb ayaq qoxusudur. Əlbətdəki bu utandırıcıdır. Lakin bizim məqalə sayəsində bundan canınızı qurtaracaqsınız.

  1. Ayaqdan iy gəlmənin səbəbi ayaqlarınızın tərləməsidir. Əslində bu tərləmənin səbəbi deyil. Əsas səbəb ayaqlarda olan bakteriyalardır. Ayaqlar tərləyəndə onlar aktivləşir və nəticədə bu xoşagəlməz hal yaranır.

Bundan qorunmaq üçün corablarınızı tez-tez dəyişin. Eyni zamanda corab aldığınızda mütləq pambıq corab alın. Əgər bu kömək etməsə ayaqlarınızın altına və barmaqlarınızın arasına tər əleyhinə dezodorant istifadə edin.

2. Ayaqdan iy gəlmənin səbəbi ayaqqabı da ola bilər. Ayaqqabının içi isti olmamalıdır. Buna görə də ya gün ərzində ayaqqabını bir neçə dəfə dəyişməlisən, yada ayaqqabıları tez-tez ayağından çıxartmalısan. Belə olduğu halda ayaqqabılarınız iy vermədən xilas ola bilər. Amma biz də bilirik ki, hər adam gün ərzində bir neçə dəfə ayaqqabı geyinməyi özünə icazə verə bilmir.

Bundan qorunmaq üçün isə bunları edə bilərsiniz. Əgər hər gün eyni ayaqqabını geyinəcəksinizsə, o zaman səhər və axşam ayaqlarınızı mütləq yuyun. Həftəsonları isə bacardığınız qədər ayaqqabıdan az istifadə edin.

3. Ayaqdan iy gələnmənin daha bir əlaməti stressdir. Əslində bu növ ayaq iy verməsi 1-ci qeydimizə aiddir. Stress keçirdiyin an ayaqlarınız tərləyir və mikroblar aktivləşməyə başlayır.

Bundan qorunmaq üçün bunları etsəz daha yaxşı olar. Əgər siz bilirsinizsə ki, bu gün stresli keçəcək, o zaman özünüzlə əlavə corab götürün və ya salfetlərdən istifadə edin.

4. Ayaqdan iy gəlmənin əsas səbəblərindən biri də göbələkdir. Adətən göbələk idman zallarına gedən kişilərin ayağında olur. Göbələk həm qaşınma, həm də iy vermə verə bilər. Bundan xilas olmaq üçün mütləq göbələyə qarşı kremlərdən istifadə etmək lazımdır. Eyni zamanda ayaqlarınızı mütləq şəkildə təmiz saxlamalısınız.

Şərhini yaz