Aktyor çiynində ryukzakla uzun palto, dəri plaş və əlvan kardiqanlar geyinib. Kreativ direktor Miuçça Prada son yüz illik kişi modasının təkamülünü belə başa düşür. "Bu kolleksiya daha çox ekskursiyaya oxşayır. Biz tarixi yada salmaq və keçmişdə dünya ilə nə baş verdiyini göstərmək istəyirdik. Redmeyn dəfələrlə tarixi şəxsləri oynayıb, buna görə də Prada qəhrəmanını canlandırmaq onun üçün çətin olmayıb" - deyə, dizayner qeyd edib.