Məşqdən əvvəl yeyə biləcəyin şirniyyat

Sağlam, qidalanma dəyəri yüksək olan və məşqdən əvvəl insana enerji verən bu şirniyyatı eşitmədim deməyin. Artıq məşqdən əvvəl şirniyyat yediyinizdə günaha batmayacaqsınız. Bu şirniyyatın birinin tərkibində 310 qr kalori, 16 qr karbohidrat, 8 qr protein və 12 qr yağ var.

Lazım olan ərzaqlar :

100 qr Hindistan qozu yağı

100 qr Hindistan qozu şəkəri

100 qr yerfıstığı əzməsi

2 ədəd yumurta

100 qr buğda unu

100 qr çovdar unu

5 qr karbonat

50 gr 70%-lik şkolad

50 qr fındıq

Hindistan qozu yağı ilə şəkəri taxta qaşıqla yaxşıca qarışdırın. Ardınca yerfıstığı əzməsini, yumurta, buğda unu, çovdar unu və karbonatı əlavə edin. Bütün ərzaqları yaxşıca qarışdırın. Qarışım qatılaşdıqdan sonra şkolat və fındıq parçalarını da əlavə edin. Sobaya yağlı kağız qoyun və şirniyatları 14 ədəd alınması şərti ilə hazırlayın. Hər şirniyyatın üzərinə yerfıstığı qoyun. 170 dərəcə istiliyində olan sobada 12-15 dəqiqə bişirin. Çıxarıb soyutduqdan sonra şkolat əridib üzərinə əlavə edin. Beleliklə şirniyyatımız hazırdır. Nuş olsun.

Şərhini yaz