Pomidor və qarpızın kişilərə faydaları

Pomidor və qarpız ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kömək edə bilər.

Bu məhsulların tərkibi zədələnmiş damarları bərpa edən və onların ötürücülük qabiliyyətini artıran piqmentlə zəngindir.

Amerikalı alimlər 72 könüllünün iştirakı ilə tədqiqat aparıblar. Likopin preparatı qəbul edən həm xəstə, həm də sağlam insanlarda qan damarlarının ötürücülüyünün 53 faiz artdığı məlum olub. Mütəmadi olaraq pomidor və qarpız yeyən insanlar ürək-damar xəstəliklərindən daha az əziyyət çəkirlər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.