Qəbizliyə səbəb olan 5 qida

Qəbizlik problemindən uzaq dayanmaq istəyirsinizsə, bu qidaları qəbul etmə mövzusunda diqqətli olmalısınız.

Qəbizlik haqqında deyə biləcəyimiz yaxşı heç bir şey yoxdur. Qarın ağrısına və qabarıqlığa səbəb olan qəbizlik problemi bir çox insanın həyatını cəhənnəmə çevirə bilir. Qəbizlik vəziyyəti ümumiyyətlə maye qəbulunun və lif qəbulunun məhdud olmasından qaynaqlanır. Həzm sisteminizin nizamlı işləyə bilməsi üçün isə maye və lif qəbuluna diqqət yetirməniz lazımdır. İndi qidalanma planınızda iştirak edən və qəbizlik probleminə yol aça biləcək bəzi qidalara nəzər salaq.

1- Fast food

Fast food olaraq təqdim edilən hamburger və qızartmalar çoxunda az miqdarda lif və bol miqdarda yağ mövcuddur. Bununla bağlı olaraq da mədədən kənarlaşdırılması bir az zaman ala bilər. Ayrıca natrium baxımından zəngin olmaları da bir digər qəbizlik səbəbidir.

2- Süd məhsulları

Pendir, dondurma və süd qəbizliyə yol aça bilər.

Süddə olan bir zülal növü yəni G (IgG) qəbizlik ilə əlaqələndirilir. Qəbizlik problemi ilə başınız ağrayırsa, süd məhsullarını qəbul etməyə bir az ara verə bilərsiniz.

3- Kekslər və tortlar

Keks və ya tort ... Şübhəsiz hamısı sizin üçün çox cazibədar yeməklərdir. Lakin keks və ya digər soba məhsulları çox işlənmiş qidalar olduğundan, qəbizlik probleminə yol aça bilərlər. Ayrıca yağ baxımından zəngin, maye və lif baxımından da olduqca kasıbdırlar.

4- Şirniyyat

Şəkərin özü qəbizlik yaratmır lakin şəkər əlavə edilən qidalar ümumiyyətlə lif və digər qida dəyərləri baxımından kasıb olduğu üçün, bu məhsulların çox qəbul edilməsi qəbizlik probleminə təkan verir.

5- Banan

Yetişmiş banan, qəbizliyi önləyən kalium və lif baxımından zəngindir. Lakin yetişməmiş banan qəbulu qəbizliyə yol aça bilər. Bu vəziyyətin günahkarı isə yaşıl bananda olan nişastadır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.