Qarın əzələlərinin inkişafı üçün nə etməlisiniz?

Neçə dəfə olursa olsun, eyni hərəkətləri edirsinizsə bədən inkişafınız yavaşlayacaq. Qarın əzələlərinin inkişaf etməsini istəyirsinizsə zamanla məşq proqramınızı ağırlaşdırmalısınız. Bunun üçün ağırlıq daşları ilə işləyə bilərsiniz və ya daha çətin bir məşq proqramına keçməlisiniz.

Məsəl üçün məşq proqramınıza "triple plank" kombinasiyasını əlavə edə bilərsiniz. Front, left-side və right-side məşqlərini bir qrup halına salaraq qarın əzələlərinizi daha çox işlədərək, gözəl nəticələr əldə edə bilərsiniz. Hər hərəkəti 15 saniyə edərək məşqə başlaya bilərsiniz. Zamanla bu müddəti 1 dəqiqəyə qədər qaldırmağı düşünün. Bunu bacardıqdan sonra məşq proqramında hərəkət saylarını artırın və istirahət aralığını isə azaldın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.