Ramazan ayında stressə qarşı çıxış yolları

Ramazan ayı artıq bir neçə gündür ki, davam edir. Oruc tutanlar yayın istisində oruclarını davam etdirməlidirlər. Eyni zamanda uzun oruc saatlarının yaratdığı stress ilə başa çıxmalıdırlar.

Alimlər bildirirlər ki, Ramazan ayında yaşanan bu stress ilə mübarizə edə bilmək üçün bədən müqavimətini qoruyacaq yeməklərin qəbul edilməsi və bədənimizi aclığa deyil yaşanılan dincliyə fokuslanmaq lazımdır.

Stressdən qoruyacaq yeməklər yemək lazımdır

Aclıq və susuzluqla ortaya çıxan stressi azaltmaq üçün, Ramazan ayında nizamlı qidalanmağa diqqət edilməlidir. Bədən müqavimətinin düşməməsi üçün Ramazan ayında da bütün qida qruplarından kafi və balanslı bir şəkildə qəbul edilməlidir.

Bunun xaricində qan şəkərimizi tarazlıqda tutmalıyıq ki, stressi nəzarət altına almağa köməkçi olsun. Bədən nizamımızı qoruyan qidalar bizi tarazlıqda tutaraq stress yaşamamıza maneə olur.  Ayrıca maqnezium məzmunlu zəngin mədən suları qəbul edərək də beyinin enerji səviyyəsini artırıb stressi ən alt səviyyəyə çəkə bilərik.

Ramazan ayı bədən sağlamlığı üçün böyük fürsətdir

Bu ayın bədənimiz üçün çox əhəmiyyətli bir fürsət olduğunu da bilməlisiniz. Ramazan ayında bədən təmizlənir, spirt və siqaret qəbulu olmadığı üçün qanımız təmizlənir, qaraciyər özünü yeniləyir. Yəni Ramazan ayı əslində bədənimizin  yenilənməsi və nizama girməsi üçün böyük bir fürsət ifadəsini verir.

Şərhini yaz