Rusiya "Avro-2016"-dan şərti olaraq diskvalifikasiya edildi

UEFA Rusiya yığmasını Avropa Çempionatından şərti olaraq diskvalifikasiya edib.  

UEFA Rusiya yığmasını 150 min avro məbləğində cərimələyərək xəbərdarlıq edib ki, əgər millinin azarkeşləri Fransada iğtişaşları təkrarlasa, yığma komanda turnirdən diskvalifikasiya ediləcək.

Eyni zamanda futbol üzrə Avropa çempionatının keçirildiyi Fransada hakimiyyət rusiyalı azarkeşləri ölkədən çıxartmağa qərar verib.

Şərhini yaz