Səhərlər daim yorğun olan kişilərə xəbərdarlıq

Yəqin, siz də rastlaşmısınız: səhər yuxudan oyana bilmirsiniz, yataqdan sürünərək qalxırsınız, hiss edirsiniz ki, yuxunuzu bitməyib, davamlı yorğun və halsızsınız. Bu əlamətlər bəzi xəstəliklərdən xəbər verir.

1. Kifayət qədər olmayan yuxu və davamlı az yatmaq məcburiyyətində qalmaq: Vaxt çatışmazlığı səbəbindən zaman-zaman az yatmaq məcburiyyətində qalırsınız. Bir müddət sonra bu, yorğunluğa çevrilir. Hər kəsin doğuşdan gələn bioloji, ehtiyac duyduğu yuxu saatları var. Az yatdıqda 3-5 gün buna dözmək olur, lakin ən sonunda lazım olduğundan çox yatmaq məcburiyyətində qalırsınız. Əgər bu, belə davam edərsə, davamlı yorğunluq halı inkişaf edə bilər.

2. Yuxusuzluq sindromu: Gecə boyu xoruldayana "xoruldaya-xoruldaya yatmışdın" deyirlər. Lakin məlumatınız olsun ki, onlar əslində çox az yatırlar. Xoruldama yuxusuzluq sindromunun nəticəsidir. Bütün gecə nəfəsi tıxanan və boğulan insan çox yorulur. Gözlərini açmasa belə, fizioloji olaraq yatmır.

3. Vaxtaşırı ayaq-qıç hərəkətləri etmək, yuxu pozuqluğu insanın fizioloji yatmadığını göstərir.

4. Prostat vəzi kimi sağlamlıq problemləri tez-tez sidiyə çıxmağa səbəb olur. Yuxunun bütövlüyü də pozulur.

5. Qan şəkəri balanssızlığı, insulin müqaviməti gecə boyu qan şəkərinin balanslı olmasına mane olar. Gecə yemək istəyi ilə oyanmalara və ümumi narahatlığa gətirib çıxarır.

6. Baş ağrısı, miqren yatmağı və yuxunu çətinləşdirir.

7. Baş ağrısı adətən yatdıqdan 1-2 saat sonra və ya səhərə yaxın başlayır. Hücumlar çox şiddətli olur. Yuxu müddəti və keyfiyyətinin pozulması ilə yanaşı, ağır yorğunluğa səbəb olur.

8. Tez-tez depressiyaya düşmək də yuxusuzluğa səbəb ola bilər. Gecə bütünlüklə yata bilməyən insanlarda səhər yorğunluğunun olması qaçılmazdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.