Müştərilərə mobil tətbiqetmənin vasitəsilə helikopter sifariş etmək təklif edilir. Bundan sonra vint-qanadlı taksi sifarişçini San-Paulu ştatının ərazisində yerləşən 9 yerdən birindən götürə bilər. Adıçəkilən xidmətdən müştərilər hər gün səhər saat 7-dən axşam saat 8-ə qədər istifadə edə biləcəklər. "Uber" şirkətində isə dəqiqləşdiriblər ki, vertolyotda gedişin qiyməti standart taksidə gediş haqqından təxminən 4 dəfə bahadır. Ancaq bununla belə, vertolyot sərnişini adi taksidən 4 dəfə daha tez çatdırır.