İstanbulda dünyanın ən böyük hava limanı inşa ediləcək

İstanbulda dünyanın ən böyük aeroportu inşa ediləcək. Hava limanının açılışı 2018-ci ilin ilk rübünə planlaşdırılıb.

Aeroport şəhərin Avropa hissəsində, Qara dənizə yaxın yerdə yerləşəcək. Onun illik sərnişin qəbulu 200 milyon insan təşkil edəcək. Hava limanında 6 bir-birindən ayrı uçuş-eniş zolağı olacaq. Tikintinin sonuna aeroport 80% gücü ilə çalışacaq. 2018-ci ilin sonunda isə hava limanı 100%-lik sərnişin axınına hazır olacaq.

Aeroport yaşayış binaları, biznes mərkəzlər, məktəblər və digər müvafiq strukturun yerləşəcəyi şəhərin içində şəhər olacaq. Açılışdan sonra Türkiyədə ondan öncə ən böyük aeroport olan Atatürk hava limanının reyslərinin çoxu bura veriləcək. Mərmərə dənizinin sahilində yerləşəcək aviaqovşaq ancaq biznes-aviasiyasını qəbul edəcək, onun ərazisinin bir hissəsi isə parka çevriləcək.

Qeyd edək ki, hazırda dünyada ən böyük aeroport ABŞ-ın Atlanta şəhərində Hartsfild-Cekson hava limanıdır. Onun illik sərnişin qəbulu 95 milyon insandır.

Şərhini yaz