Versace yaz-yay 2017 kolleksiyası

Versace yaz-yay kişi kolleksiyasının nümayişi brendin payız-qış kolleksiyasına reklam kampaniyası üçün film tizerinin nümayişindən başlayıb.

Nümayişdən sonra aydın olur ki, kolleksiyada mövsümi məhdudiyyətləri aradan qaldırılıb. İncə cersilər, çəkisiz gödəkcələr, yelkənsayağı şalvarlar və uzadılmış şortlar yumşaq pencəklər, boş şalvarlar və düz siluetli dəri palto ilə kombinasiya edilib. Bütün bunları isə ipək coraba geyinilmiş səndəllər tamamlayıb.
Nümayişin saundtreki olaraq Prinsin Donatella Versaceyə hədiyyə olaraq yazdığı, hələ buraxılmamış kompozisiyalar olub. Nümayişi Donatellanın Prinsə həsr etdiyi bir neçə obraz yekunlaşdırıb.

image image image image image

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.