İngiltərədə keçirilən "Goodwood Festival of Speed" avtomobil festivalının bütün tarixi boyu ən böyük heykəli Cerri Cuda Littlehampton Welding şirkəti ilə birgə hazırlayıb. Bu, 6 nəhəng çıxıntıdan ibarət konstruksiyadır. Onlardan üçünün üzərində sürət və dinamikanı simvolizə edən BMW 328 Mille Miglia Roadster, Brabham-BMW BT52 F1 və BMW V12 LMR avtomobilləri quraşdırılıb. Heykəlin yaradılmasına 816 kvadrat metr polad və 6 həftəlik əmək sərf olunub. İnstallyasiyanın möhkəmliyi 70 sm eni olan xüsusi əsas hesabına əldə edilib.

Qeyd edək ki, memar Cerri Cuda 1997-ci ildən bəri "Goodwood Festival of Speed" festivalı üçün heykəllər yaradır. O, öz installyasiyalarında Mercedes-Benz, Porsche, Jaguar, Audi və başqa markaların avtomobillərindən istifadə edib.